Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə olan dəqiq mexanika və optik cihazların istehsalı üzrə ixtisaslaşmış “Alov” zavodunun (əvvəlki İskra) direktoru dəyişdi.
Eləcə də bax: Dövlətə məxsus zavodun rəhbəri - DƏYİŞDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, Ruhin Cəfərov İslam oğlu “Optika-Mexanika” İstehsalat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin “Alov” zavodunun direktoru təyin edilib.
Bundan öncə zavodun direktoru Sabir Rzayev Fərzi oğlu idi.
Qeyd edək ki, “Optika-Mexanika İstehsalat Birliyi” MMC 2006-cı ildən dövlət qeydiyyatına alınıb, “Alov” zavodu isə 1995-ci ildən fəaliyyətdədir.
İskra zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır.
1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İskra zavodu Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir.
2006-cı ildən İskra zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
2008-ci ildən Alov zavodu adı altında fəaliyyət göstərir.