Mingəçevir Sənaye Parkında Özbəkistan və Türkmənistanla birlikdə tekstil sənayesinin inkişafında, həmçinin yeni istehsal sahələrinin yaradılması istiqamətində işlər görülür.
Azərbaycan Türkmənistana pambıq lifinin - İXRACINA BAŞLAYIB
Bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Qeyd edilib ki, pambıqçılığın inkişafı sahəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Belə ki, Özbəkistanla yaradılmış əməkdaşlıq əlaqələri çərçivəsində ölkəmizdə pambıqçılıq klasterlərinin yaradılması işlərinə başlanılıb.