Azərbaycandakı sənayesi zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard manat məbləğində investisiyanın 6,3 milyard manatı və yaxud 94 %-i həyata keçirilib.
Eləcə də bax: Bu il Neft Fondundan büdcəyə transfert - Proqnozdan Az Olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.
"Bu günə qədər ölkədə 510-dan çox investisiya təşviq sənədi verili,ə bu sənədlər üzrə layihələrin ümumi dəyəri 4,6 milyard manat təşkil edib ki, bunun da 54%-i regionların payına düşüb", - deyə o, qeyd edib.