Azərbaycanda inşaat məhullarıı (sement və gips) istehsalçısı “Mətanət-A” Şirkətinin Türk rəhbəri istefa verib.
Eləcə də bax: İş adamı Hacı İbrahim öz şirkətinin rəhbərliyindən - İstefa Verib
FED.az Banker.az-a istinadən xəbər verir ki, Yakup Çimen Azərbaycan şirkətinin iki illik direktor postunu bu aydan tərk edib. O, bu vəzifəyə 2019-cu ilin yanvarında təyin edilmişdi.
Y.Çimeni isə “Mətanət-A”da şirkətin öz əməkdaşı Solmaz Əliyeva İntiqam qızı əvəzləyəcək.
“Mətanət-A” Şirkəti 2000-ci ildə yaradılıb. 2 milyon 188.47 min manat nizamnamə kapitalına sahibdir. Şirkətin sahibi, iş adamı Elxan Bəşirovdur.