“Mətanət A” şirkəti Smeta üzrə mühəndis vakansiyasını elan edir
İşin təsviri:
İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin edir;
Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlayır;
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlayır, layihələndirmə üçün tapşırıqlar tərtib edir və onları lahiyə təşkilatlarına göndərir;
Lahiyə təşkilatlarından lahiyə sənədlərini qəbul edir və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı ilə bu sənədləri müzakirə edir, lahiyə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlayır;
Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımı dəyişikliklər etmək;
Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin edir, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət edir və təsdiq olunması üçün hazırlayır;
Təsdiq edildikdən sonra, layihə-smeta sənədlərini tikinti təşkilatlarının müvafiq şöbələrinə göndərir;
Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədləri təqdim edir. Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında hər ay hesabat tərtib edir. Layihə-smeta sənədləri üzrə lazımı arayışlar hazırlayır. Onların arxivdə saxlanmasını təmin edir. Müəyən edilmiş forma üzrə hesabatları tərtib edir.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
Şənbə günü saat 09:00-dan 13:00-a dək;
Bazar günü istirahət.
Əmək haqqı:
Razılaşma yolu ilə.
Tələblər:
Təhsil: Ali təhsil (İnşaat mühəndisi)
İş təcrübəsi: 5-10 il
Yaş həddi:35-60 yaş
Bilməlidir: Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını; smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını; iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.
Dil bilikləri: Azərbaycan, Rus dili əla səviyyədə( İngilis dili orta səviyyədə)
Kompüter bilikləri: Word, MS Office, Autocad əla səviyyədə bilmək
Şəxsi keyfiyyətləri:
İşə planlı yanaşmaq bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Nitq mədəniyyəti;
Təmkinlilik, etibarlılıq, özünəinam;
Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
Qeyd
İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin.