Metal məmulatlarının istehsalı üzrə ölkənin aparıcı şirkəti olan «METAK» Azərbaycanda koronavirusla mübarizə sahəsində ölkə rəhbərliyinin çağırışına qoşulub.
FED.az xəbər verir ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürüb.
«METAK» cəmiyyət qarşısında sosial məsuliyyətlərinin bir hissəsi olaraq, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin azaldılması sahəsində dövlətin səylərini dəstəkləyir.
Koronavirusla Mübarizəyə Dəstək Fondu prezident İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.