Sənaye

METAK işçi axtarır - VAKANSİYA

METAK işçi axtarır - VAKANSİYA | FED.az
20:21 17 Avq 2019

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Video müşahidə operatoru

İşin təsviri:

• Təhlükəsizlik kameralar vasitəsi ilə ərazinin və obyektlərin izlənilməsi;
• Video arxivlərlə iş və günün sonunda hesabatların hazırlanması.

Tələblər:

• Ali/orta texniki təhsil;
• Video müşahidə sistemində iş təcrübəsi 
• Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
• MS Office proqramlarını bilməlidir;
• Yaş həddi: 25 – 35 yaş;
• Diqqətli, məsuliyyətli, intizamlı.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında;
• Növbəli iş rejimi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=83 və ya [email protected] ünvanına CV göndərərək 15.09.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Digər xəbərlər