Sənaye

METAK​ işçi axtarır - VAKANSİYA

METAK​ işçi axtarır - VAKANSİYA | FED.az
15:04 22 Fev 2019

METAK​

Təmirçi-çilingər

İşin təsviri:

 Xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin əsaslı və orta təmiri. 
 Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi. 
 Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi.
 Dəzgahların təmizlənməsi və yağlanması. 
 Mexanizmlərin yığılması, təmiri. 
 Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması. 
 Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi. 
 Təmir edilən avadanlığın quraşdırılması və montajı üçün mürəkkəb mexanizmlərin hazırlanması. 
 Təmir üçün defekt cədvəllərin tərtib edilməsi.

Əlavə şərtlər:

 İş qrafiki: 6 günlük iş həftəsi 09:00-18:00
 İstirahət: bazar günü
 Nahar şirkət tərəfindən təmin olunur

Tələblər:

 Ə/h: 600-800 azn.
 Cinsi: Kişi
 25-55 yaş
 Orta texniki təhsil
 Müvafiq iş stajı 3-5 il
 Dil bilikləri: Azərbaycan dili,  Rus dili - orta
 Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=111 və ya [email protected] ünvanına CV göndərərək 21.03.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

Digər xəbərlər