Metak
Mühəndis
Mexaniki emal sexinə mühəndis tələb olunur.
İş barədə məlumat:
• Mövcud istehsal proseslərinin optimallaşdırılması;
• Dəqiq hesablanmış istehsal proseslərinin həyata keçirməsi;
• Məhsul istehsalının ilkin mərhələsindən başlayaraq hazır məhsul ortaya çıxana qədər keçdiyi texnoloji proseslərin hər birində iştirak etməsi;
• Cizgi çəkmə qaydalarına riayət olunması və tələb olunan ölçüyə uyğun olaraq eskiz sənədlərin hazırlanması;
• Cizgilərin və başqa konstruksiya sənədlərin işlənib hazırlanması və rəsmiləşdirilməsi;
• Avadanlıqların texniki baxışının nəzarətdə saxlanılması;
• İstehsalat üçün gərəkli olan alətlərin cizgilərinin çəkilməsi və hazırlanması, saxlama şəraitinin düzgün nizamlanması.
Namizədə tələblər:
• Yaş həddi: 25-35;
• 3 ildən artıq iş təcrübəsi (istehsalat sahəsində);
• MS Office proqramlarını (Word, Excel)-yaxşı səvviyyədə;
• AutoCAD və SolidWorks programlarında işləmə qabiliyyəti;
• CNC torna və transfer dəzgahlarının iş prinsipini bilməli və onlar üçün lazımi alətlərin hazırlanmasını həyata keçirməli;
İş şəraiti:
• Əmək haqqı – danışıq əsasında;
• İş saatı: 5 günlük iş rejimi (08:00 - 17:00-dək);
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=125 və ya [email protected] ünvanına CV göndərərək 10.02.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.