18 iyun 2023-cü il tarixində mərmər və qranit məhsullar istehsalçısı ”Dəvəli” ASC səhmdarlarının növbəti illik ümumi yıgıncağı keçiriləcəkdir.
Azərbaycanda səhmdar cəmiyyətin rəhbərliyi - YENİDƏN SEÇİLİR
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Dəvəli” ASC-nin 2022-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının müzakirəsi və təsdiqi.
2. İllik yekuna görə mənfəətin səhmdarlar arasında bölüşdürülməsi.
3. Cari məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Dadaş Bünyadzadə küçəsi 212 ünvanında keçiriləcəkdir.
“Dəvəli” ASC mərmər, qranit, travertin, oniks, ağlay, keramika və digər daşlardan hazırlanan tikinti üçün üzlük piltələr, heykəllər, büstlər, mozaikalar, bardürlər, dekorativ hissələr, fəvvarələr, kaminlər, pilləkənlər, sütunlar və s. istehsal edir.