Banner

Sənaye

"Məmurlar pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı"

"Məmurlar pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı" | FED.az
16:28 10 Dek 2018

“Mən mənfəətə çıxarmadığım qədər heç bir müəssisənin səhmlərini IPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarmaram”. 

FED.az xəbər verir ki, bunu "Azersun Holding” MMC-nin sahibi Abdolbari Goozal deyib. 

O, bu haqda "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmdar cəmiyyətə çevrilməsi və səhmlərinin satışa çıxarılması ehtimalına münasibət bildirərkən danışıb və zavodun hələ ki, zərərlə işlədiyini bildirib. 

ELƏCƏ DƏ BAX: “Fonda, İcraya, bələdiyyəyə haqq ödəyirik, istehsal bahalaşır” - ELXAN BƏŞİROV 

“İmişli Şəhər Zavodu bir neçə ildir ki, yaxşı maliyyə nəticələri göstərmir, zərərlə işləyir. İstəyirik ki, yeni, müasir texnologiyalar tətbiq etməklə məhsuldarlığı artıraq və zavodu ilk öncə mənfəətə çıxaraq. Çünki mən məsuliyyət daşıyıram. Məmurlar gətirib pul bura verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı. Məni həm yamanlayacaq, həm də bəd dua edəcəklər", - deyə iş adamı qeyd edib. 

Digər xəbərlər

Banner