“Bakı Tikiş Evi”nin (BTE) mağazaları fəaliyyətini bərpa edib, yalnız “Mall”ların daxilində olan mağazalarımız bağlıdır.
FED.az xəbər verir ki, bunu “BTE”nin Satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, anbarlarda kifayət qədər forma ehtiyatları var:
“Hazırda da məktəbli formalarının tikilişi davam etdirilir. Tərəfimizdən heç bir problem yoxdur. Mağalarımızda hər sinif üzrə məktəbli formaları satılır”.
E.Əzimov deyib ki, məktəbli formalarının qiymətində dəyişiklik yoxdur:
“2017-ci ildən etibarən qiymətlərdə hansısa dəyişiklik edilməyib. I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir. “Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”. (Modern)