İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Masallı Sənaye Məhəlləsində indiyə qədər 14,4 milyon manatlıq məhsul istehsal edilib.
Sənaye zonalarında indiyədək həyata keçirilən məhsul satışı açıqlandı - MƏBLƏĞ
FED.az Agentliyə istinadən xəbər verir ki, Parkda layihələrinin investisiya dəyəri 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.
İş adamları 2,1 milyon manat investisiya yatırıb, 70-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə daha 12,6 milyon manat investisiya yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Məhəllə Prezident İlham Əliyevin 13 iyun 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 10 hektar ərazini əhatə edir.