Lənkəranda fəaliyyət göstərən "La Ran" MMC-nin şokolad istehsalı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 300 min manat güzəştli kredit əldə edib.
Ağdaşda plastik məmulatların istehsalına - GÜZƏŞTLİ KREDİT AYRILIB
FED.az xəbər verir ki, layihənin maliyyələşdirilməsi "Bank Respublika" ASC vasitəsilə həyata keçirilmişdir.
Həmçinin Samux rayonunda fəaliyyət göstərən "Fruit Aqro" MMC-nin intensiv bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 1 milyon 50 min manat güzəştli kredit əldə edib. Layihənin icrası nəticəsində 54 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Layihənin maliyyələşdirilməsi "AccessBank" QSC vasitəsilə həyata keçirilmişdir.
Bundan başqa, Sahibkarlığın İnkişafı Fondu tərəfindən regionlarda fəaliyyət göstərən biznes subyektlərinə maliyyə dəstəyi çərçivəsində Sabirabad rayonunda müasir istixana təsərrüfatının yaradılması üçün "Greener" MMC-yə 1 milyon manat güzəştli kredit verilib. (Marja)