Hökumət tərəfindən dövlətə məxsus “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi elanı ardından, şirkət 10-dan çox şirkətə görə eyni gündə məhkəməyə müraciət edib.
Eləcə də bax: "Daşkəsən Filizsaflaşdırma" - Ləğv Olundu
FED.az Banker.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sentyabr 2020-ci il tarixli fərmanında Nazirlər Kabinetinə tapşırılmışdı ki, “Daşkəsən Filizsaflaşdırma” ASC ləğv edilməsi üçün iki ay müddətinə tədbirlər görülməldir.
Həmin fərmanda, “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.
“Daşkəsən Filizsaflaşdırma” Bakı Kommersiya Məhkəməsinə müraciət edərək bu şirkətlər barəsində məhkəməyə müraciət edib:
- “AVANQARD-KO” MMC
- “HTM-HOLDİNQ” MMC
- Metak Şirkəti
- “Atəşgah Sığorta” ASC
- “REC-İNVEST” MMC
- “ELEKOND CO” MMC
- “AZENPRONT” MMC
- “Azərelektroterm” ASC
- “CBG” MMC
- “A.K.İnşaat” MMC
Məlumata görə məhkəməyə müraciətin predmeti “sair öhdəliklər” üzrə mübahisələrdir.
Qeyd edək ki, “Daşkəsən Filizsaflaşdırma” son illərdə dövlət tərəfindən özəlləşdirməyə çıxarılsa da, lakin alıcı tapılmamışdı. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus 99.22 faiz səhmlərinin özəlləşdirilməsinə maraq göstərən iddiaçılar dövlət büdcəsinə 110 milyon manatdan az olmayan məbləğdə pul köçürməli idi. Eyni zamanda, ümumi həcmi 600 milyon ABŞ dollarının manatla ekvivalentindən az olmayan İnvestisiya Proqramı təqdim etməlidir. 1000 iş yerindən az olmayaraq yeni iş yerləri yaradılmalı, müəssisənin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, habelə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsi təmin edilməli idi.