Laçında termotaxta istehsalı ilə məşğul olan böyük zavod açılacaq.
Gələn il Sumqayıtda - YENİ ZAVOD TİKİLƏCƏK
FED.az xəbər verir ki, bunu döşəmə və termotaxtaların istehsalı ilə məşğul olan ”Komiforest” şirkətinin meneceri Aygün Rzayeva deyib. O əlavə edib ki, zavodun 2 hektar ərazidə qurulması nəzərdə tutulur.
A.Rzayeva bildirib ki, hazırda Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində döşəmə və termotaxtaların istehsalı ilə məşğuldurlar: ”Komiforest” Azərbaycanın termotaxta və döşəmə istehsalı ilə məşğul olan yeganə şirkəti, Qafqazın isə ən böyük şirkətidir. Termotaxtalar hər iqlim şəraitinə uyğundur, xüsusi aparatlarda xüsusi prosedurlardan keçərək 200 dərəcədə bişirilir. Ona görə də taxtanın canlılığı ölür və deformasiyaya uğramır”. (Azərbaycan iqtisadiyyatı)