Rusiya və İran rəhbərliyi Rusiyanın Tatarıstan Respublikasının Yelabuqa şəhərində İranın “Şahid-136” kamikadze dronlarının istehsalı üçün zavod tikmək imkanını nəzərdən keçirir.
FED.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, yanvarın 5-də İran nümayəndə heyəti Tatarıstana səfər edib və orada nəzərdə tutulan tikinti üçün boş sahəyə baxış keçirib.
Bildirilib ki, hazırda Moskva və Tehran daha da sürətlə uça biləcək “Şahid-136” kamikadze dronlarının təkmilləşdirilmiş modelini hazırlayırlar. Tərəflər Tatarıstandakı zavodda ildə azı 6 min dron istehsal etməyi planlaşdırırlar. (Report)