“Azərbaycanda kənd təsərrüfatı gənclər üçün cəlbedici və gəlirli sahəyə çevrilməlidir”.
FED.az xəbər verir ki, bunu Bakıda BMT-nin keçirdiyi “Dövlət Xidmətləri Forumu-2019” tədbiri çərçivəsindəki “Hər kəsi əhatə edən inklüziv və bərabər xidmətlər” mövzusunda panel sessiyasında Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.
Eləcə də bax: Azərbaycanda ən çox taxıl biçilən rayonlar - MƏLUM OLUB
“Uzun illərdir davamlı inkişaf edən Azərbaycan bu sahədə böyük təcrübə toplayıb”, – deyən nazir kənd təsərrüfatının hazırda hökumət üçün öncül sahələr sırasında olduğunu diqqətə çatdırıb.
“Yeni-yeni inkişaf üsullarını, müxtəlif dəstək mexanizmləri tətbiq etməyə, hazırda vergidən azad olunmuş kənd təsərrüfatına subsidiyalar ayırmağa çalışırıq. Məqsədimiz kənd təsərrüfatını şəffaf, sadə, səmərəli hala gətirməkdir”, – deyən nazir bu məqsədlərə modern texnologiyaları tətbiq etməklə çatmağın mümkün olduğunu, Kənd Təsərrüfatı Nazirliyinin “ASAN xidmət”lə birgə bu istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib.
Gənclərin kənd təsərrüfatına, kənd məhsulları istehsalına maraq göstərmədiyini vurğulayan nazir kənd təsərrüfatını cəlbedici və gəlirli hala gətirmək üçün yollar tapılmasını vacibliyini vurğulayıb.