İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində Peşə Təhsil Mərkəzi ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında kadr hazırlığı ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
İZİA-dan FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, memoranduma uyğun olaraq, sənaye sahəsində kadr ehtiyaclarının öyrənilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığının təşkili, müasir və innovativ tədris proqramlarının hazırlanması, elmi-tədqiqat istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
Anlaşma Memorandumunu Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyn Topuz imzalayıblar.











