Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, tədbir çərçivəsində İZİA ilə Çinin Vencou Vanhong şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkının ərazisində karton istehsalı layihəsinin həyata keçirilməsi üzrə niyyət sazişi bağlanıb.
Layihə hazırda maliyyə və texniki əsaslandırma mərhələsindədir.