Azərbaycanda mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8 400-dən artıq yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Qeyri-neft-qaz sektorunda sənaye məhsulu istehsalı 9 faizədək artıb
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh") deyib.
O bildirib ki, sənaye zonaları üzrə 153 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: "İndiyədək sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb. 10 min 500-dən artıq daimi iş yeri yaradılıb". (Report)