Fəaliyyətə başlayandan indiyədək sahibkarlar tərəfindən Ağdam Sənaye Parkına 149,7 milyon manat sərmayə yatırılıb.
Qarabağdan dünyaya: İxracın yeni ünvanı - Ağdam Sənaye Parkından reportaj - FOTO, VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, parkda 30 sahibkar və şirkətə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Ölkənin ikinci ən böyük sənaye parkında indiyə kimi 1000-ə yaxın daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir ki, bu da bölgədə məşğulluğun artmasına töhfə verir.
Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir.





![İndiyədək Ağdam Sənaye Parkına - [red]150 milyon manat yatırılıb - QRAFİK[/red] | FED.az](upload/news/small/4416947.jpg)
![İndiyədək Ağdam Sənaye Parkına - [red]150 milyon manat yatırılıb - QRAFİK[/red] | FED.az](upload/news/small/3242136.jpg)








