2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 832 kv.m xalça və xalça məmulatları istehsal edilib. İstehsal edilmiş xalçanın yarıya yaxını anbarlara göndərilib.
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xalça və xalça məmulatlarının istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,9% artıb.
Eləcə də bax: Azər xalca müflis elan edilə bilər - İŞ MƏHKƏMƏDƏDİR
01.09.2019-cu il vəziyyətinə anbarlarda hazır məhsul ehtiyatı 2 898,8 kv.m təşkil edib.
2018-ci ildə Azərbaycanda 1 783,1 kv.m xalça və xalça məmulatları istehsal edilmişdi. İstehsal 2017-ci ilə nisbətən 3,2 dəfə artmışdı. 01.01.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 1 987,6 kv.m təşkil etmişdi. Beləliklə, bu ilin 8 ayında məhsul ehtiyatı 911 kv.m artıb (8 aydakı istehsalın yarısı).
Marja