Azərbaycanın iri şirkətləri Azərbaycan Silahlı tərəfindən erməni işğalından azad olunan ərazilərlə bağlı planlarını açıqlayırlar.
FED.az xəbər verir ki, Bakıda kombi istehsalı ilə məşğul olan «Elektrogas» MMC Kombi Istehsali zavodu Azerbaycan Respublikasının Silahlı Qüvvələrə Yardim Fonduna 10 000 manat yardim edib.
Bundan başqa, şirket rəhbəri Elnur Cəmillinin FED.az-a verdiyi məlumata görə, şirkət gələcəkdə işğaldan azad edilən torpaqlarda iki yeni İstehsalat Zavodu inşa etməyi planlaşdırır.
Bu zavodlardan biri - Azərbaycan Kondisioner İstehsalat Zavodu, digəri isə İstilik Radiatorları Zavodudur.
Bu iki zavodda ümumilikdə 500 dən çox işçinin çalışacağı planlaşdırılır. Hələlik zavodların məhz hansı ərazidə tikiləcəyi açıqlanmır. «Elektrogas»dan bildirilib ki, bununla bağlı dövlətə müraciət olunacaq və müzakirə nəticəsində təklif edilən ərazidə zavodlar tikiləcək.
Şirkət rəhbəri bildirib ki, bununla bağlı Ali Baş Komandan İlham Əliyevin sahibkarlara verəcəyi tapşırıqları gözləyirlər.