Ölkəmizin qabaqcıl şirkətlərindən biri olan STP Şirkətlər Qrupu və Ələt Azad İqtisadi Zonası arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb.
Eləcə də bax: STP Peşə Təhsil Mərkəzilə Memorandum - İmzalayıb
FED.az xəbər verir ki, imza atma mərasimi STP Şirkətlər qrupunun Rebuild Karabakh sərgisində baş tutub.
Bundan başqa qurumların bir-birinin fəaliyyətinin təşviq olunması və onların fəaliyyətinə sərmayələrin cəlb edilməsi üçün də birgə fəaliyyəti nəzərdə tutur. Memorandum STP Şirkətlər qrupu tərəfdən Baş direktor Ruslan Ağabəyli və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov tərəfindən imzalanıb.
Anlaşma memorandumuna “Sərmayə yatırımlarının həyata keçirilməsinə qarşılıqlı dəstəyin göstərilməsi”, “İşgüzar səfərlər zamanı qarşılıqlı zəruri əlaqələndirmənin təşkili”, “Bilik, informasiya və təcrübənin mübadiləsi” və s. istiqamətləri əhatə edən bəndlər daxildir.
Ələt Azad İqtisadi Zonası ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaları gücləndirmək üçün həyata keçirilən bir layihədir. Bu strateji coğrafi məkandan regional investisiya mərkəzini təmin etmək və Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətini artırmaq üçün istifadə ediləcək.
Qeyd edək ki, STP Şirkətlər qrupu regionda ilk texnopark olmaqla kabel, elektrik avadanlıqları, alüminium və mis profillər, sendviç panellər, polimer borular, dəqiq mexaniki emal, qaynaq quraşdırma, ağır maşınqayırma, qaynar sinkləmə, qumlama və rəngləmə, metaləritmə və texniki qazların istehsalı kimi 30-dan çox istehsal sahələrini tərkibində birləşdirir. Müəssisənin təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlər neft-qaz, energetika, inşaat, kənd təsərrüfatı kimi sahələrdə idxalın azalmasına istiqamətlənib.