İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
"Azərbaycanda 170-ə yaxın İraq kapitallı şirkət fəaliyyət göstərir"
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov qonaqlara İZİA-nın idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, İraq iş adamları sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib.
Səfər çərçivəsində qonaqlar Sumqayıt Kimya Sənaye Parkının foyesində quraşdırılan İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən istehsal edilən məhsuların nümunələrindən ibarət stendə baxış keçiriblər.
Daha sonra nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel zavodunda gedən istehsal prosesi ilə tanış olublar.