İordaniyanın "Jadara Equipment & Defense Systems" şirkəti Azərbaycanla birgə tank əleyhinə silah istehsalına başlamaq niyyətindədir.
Eləcə də bax: Azərbaycan ADEX-də bir neçə PUA nümayiş etdirib - FOTO
FED.az xəbər verir ki, bunu şirkətin meneceri Valid Rabab deyib.
Onun sözlərinə görə, birgə müəssisənin İordaniyada yaradılması nəzərdə tutulur, istehsal prosesinin başlayacağı tarix hələlik məlum deyil.
O, həmçinin qeyd edib ki, şirkət hazırda tank əleyhinə silahların nümunələrini istehsal edir. (Trend)