Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Prezident İlham Əliyev terminalın açılışını etdi.