Sənaye

Hindistan da "Kalaşnikov" buraxacaq

Hindistan da "Kalaşnikov" buraxacaq | FED.az
09:25 20 Fev 2019

Hindistanda "Kalaşnikov" avtomatlarının istehsalı üzrə zavodun yaradılması barədə Rusiya ilə hökumətlərarası razılaşma bu ilin sonunda imzalana bilər. FED.az xəbər verir ki,  bu barədə rusiyalı rəsmi Viktor Kaldov "Aero-Hindistan - 2019" sərgisi zamanı deyib.

Onun sözlərinə görə, zavodun yaradılmasına yatırılacaq vəsaitin məbləği, silahların növü barədə məsələlər daha sonra dəqiqləşdiriləcək.

Qeyd edək ki,bu gün Banqalor hərbi-hava bazasında "Aero-Hindistan - 2019" aerokosmik sərgisi öz işinə başlayıb. Sərgi Hindistan hökuməti və Müdafiə Nazirliyinin dəstəyi altında iki ildə bir dəfə keçirilir.

Digər xəbərlər