Bu gün Hacıqabul Sənaye Məhəlləsində tikinti materiallarının istehsalı zavodunun təməli qoyulacaq.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev deyib.
Eləcə də bax: Hacıqabul Sənaye Məhəlləsində yeni rezidentlər fəaliyyətə - BAŞLAYA BİLƏR
Onun sözlərinə görə, bu layihə Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, sözügedən layihə Rusiya tərəfi ilə müştərək icra olunur və təməlqoyma mərasimi Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin iştirakı ilə keçiriləcək.
Baş Nazirin müavini həmçinin əlavə edib ki, Rusiyanın nümayəndə heyəti ötən il Azərbaycanda təməli qoyulmuş QAZ avtomobillərinin yığımı zavoduna da baş çəkəcək.
"Bu zavodun təməli cari ilin fevral ayında qoyulub və düşünürəm, zavod gələn ilin birinci rübündə artıq fəaliyyətlə başlayacaq", - deyə Ş. Mustafayev qeyd edib.