Hacıqabul Sənaye Parkına sahibkarlar tərəfindən 59 milyon manatdan çox investisiya yatırılıb, növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 124 milyon manatdan artıq investisiyanın da yatırılması planlaşdırlır.
Hacıqabul Sənaye Parkında yeni şirkət
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) FED.az-a verilən məlumata görə, agentliyin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında investisiya həcmi 183 milyon manatdan çox olan 12 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Bildirilib ki, sahibkarlar tərəfindən Sənaye Parkına 59 milyon manatdan çox investisiya yatırılıb, 360-dan artıq daimi iş yeri yaradılıb.
Məlumata görə, növbəti mərhələdə mövcud layihələr üzrə Parka əlavə olaraq 124 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, indiyədək Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 4 milyon manatlıq hissəsi ixracın payına düşür.