Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib.
Hacıqabulda 3 milyon manata müəssisə tikiləcək – Polad şuruplar istehsal edəcək
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mİkayıl Cabbarov məlumat verib.
“Üç şirkət - Absheron Trending MMC, AR Metiz MMC və LV Shipping Caspian MMC Hacıqabul Sənaye Məhəlləsinin rezidenləti olub. Beləliklə, rezidentlərin sayı 13-ə çatıb”, - Cabbarov Facebook hesabında yazıb.
Absheron Trending MMC-nin (parket, laminat və digər ağac məhsullarının istehsalı) investisiyaları - 3 milyon manat, AR Metiz (müxtəlif diametrli polad şurupların istehsalı) - 3 milyon manat, LV Shipping Caspian (sənaye tullantılarının utilizasiyası) - 350 min manat təşkil edəcək.
“Bu investisiyalar hesabına 115 iş yeri yaradılacaq”, - nazir qeyd edib.
Hacıqabul Sənaye Məhəlləsi prezident İ.Əliyevin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə Hacıqabul rayonunda 20 hektar sahədə yaradılıb. Bu məqsədlə prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılıb. 2020-ci ilin may ayında prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin 40 hektar genişləndirilməsi haqqında sərəncam imzalayıb.