Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb.
Hacıqabulda 3 milyon manata müəssisə tikiləcək – Polad şuruplar istehsal edəcək
FED.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, ümumi investisiya həcmi 6 milyon manatdan çox olan 3 müəssisədə (Absheron Trending MMC, AR Metiz MMC və LV Shipping Caspian MMC) 115 iş yeri yaradılacaq.