Azərbaycanın ən qədim şərabçılıq müəssisələrindən biri olan Göygöl Şərab Zavodu ölkə üzrə firma mağazalar şəbəkəsini genişləndirməkdə davam edir.
FED.az xəbər verir ki, 22 dekabr 2025-ci il tarixində müəssisənin 15-ci mağazası Xankəndi şəhərində rəsmi olaraq fəaliyyətə başlamışdır. Qeyd edək ki, yeni açılan mağaza Göygöl Şərab Zavodunun Qarabağda istifadəyə verilən ilk satış mağazası olmaqla yanaşı, regionun bütün ərazisinə xidmət göstərəcək.
Açılış mərasimində Xankəndi Şəhər İcra Hakimiyyətinin və Göygöl Şərab Zavodunun nümayəndələri iştirak etmişdir. Tədbirdə müəssisənin məhsulları təqdim edilmiş və istehsal prosesləri barədə məlumat verilmişdir.
Mağaza bölgə sakinlərinə Göygöl Şərab Zavodunun məhsullarını, birbaşa və geniş çeşiddə əldə etmək imkanı yaratmaqla yanaşı, regionda ticarət dövriyyəsinin və iqtisadi fəallığın artmasına töhfə verəcəkdir.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsal edən müəssisəsidir. Zavodun “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə də nəfis dad və özəllikləri ilə tanınan “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə önəmli beynəlxalq mükafat və sertifikatlar qazanmışdır.



![Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3635392.jpeg)
![Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3316326.jpeg)
![Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4557199.jpeg)
![Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/4417886.jpeg)
![Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/3736835.jpeg)
![Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - [red]FOTOLAR[/red] | FED.az](upload/news/small/430359.jpeg)







