ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2019-cu il üzrə neftin qiyməti ilə bağlı proqnozunu dəyişib.
FED.az banka istinadla xəbər verir ki, bu il “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 66 dollar olacaq. “Goldman Sachs”ın əvvəlki proqnozu 62,5 dollar/barrel idi.
Bank “Light” markalı neftin bir barrelinin builki qiymətinə dair proqnozunu isə 55,5 dollardan 59,5 dollara yüksəldib.
“Goldman Sachs”a görə, ikinci rübdə “Brent”in qiyməti 72,5 dollar/barrel olacaq. 2020-ci ildə isə “Brent” neftinin bir barrelinin orta qiyməti 60 dollar təşkil edəcək.