"AzerGold” QSC-nin törəmə cəmiyyəti olan “AzerBlast” MMC-nin Gəncə şəhərində istehsal müəssisəsi yaradılır. Hazırda ərazidə tikinti gedir.
Azərbaycanda ilk sənaye partlayıcıları zavodunun - İNŞASINA BAŞLANILIB
FED.az xəbər verir ki, müəssisənin yaradılmasında məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda, regionda yeni iş yerlərinin yaradılmasıdır.
İllik istehsal gücü 31 min ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulur. (Azərtac)