2023-cü ildə Gəncə avtomobil zavodu İB-də traktorların yığımında artım var.
FED.az xəbər verir ki, Gəncə Avtomobil Zavodu İB-də 2023-cü il ərzində traktor istehsalında ötən ilin müvafiq dövrünə nisbətdə artım qeydə alınıb. Birliyin mətbuat katibi Məqsəd Rəhimovun sözlərinə görə, 2022-ci il ərzində 587 müxtəlif modeldə traktor yığılmışdısa, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 662 traktro təşkil edib ki, bu da 12, 7 faiz artım deməkdir. Ötən il müəssisədə müxtəlif modeldə 366 yük avtomobil istehsal olunub.
M.Rəhimiov onu da əlavə edib ki, 2023-ci il ərzində Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 341 KAMAZ, 50 ədəd SAMPO markalı kombayn və 23 ədəd KAMAZ şassisi üzərində quraşdırlımış vaxta avtobusu yığılıb.
Ümumilikdə 2023-cü ilin sonunadək müəssisədə 13 225 müxtəlif modeldə və modifikasiyada traktor, 2908 MAZ, 1032 KAMAZ, 593 URAL, 6 ədəd MAZ avtobusu, 4 ədəd elektrobus, 880 traktor qoşqusu, 301 ədəd MAZ qoşqusu yığılıb.
Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, Gəncə Avtomobil Zavodu ilə İtaliyanın SDF qrupu arasında uzunmüddətli strateji əməkdaşlıq müqaviləsi əsasında müəssisədə alman markalı traktorların yığımına başlanıb və indiyədək 22 ədəd müxtəlif modeldə traktorların yığımı reallaşdırılıb.