Banner

Sənaye

“Gələn il AZ 7.62 və EM-14 avtomatlarının istehsalına başlanılacaq”

“Gələn il AZ 7.62 və EM-14 avtomatlarının istehsalına başlanılacaq” | FED.az
08:46 17 Dek 2018

Son dövrlər müdafiə təyinatlı məhsulların yaradılması istiqamətində görülmüş işlər bir neçə adda yeni məmulatın yaxın gələcəkdə seriyalı istehsalına başlanılacağı təminatını verir. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış AZ 7.62 və EM-14 avtomatlarının istehsalat hazırlığı artıq başa çatdırılıb və 2019-cu ildən seriyalı istehsalına başlanılacaq.

FED.az xəbər verir ki, bu fikirlər Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yer alıb.

ELƏCƏ DƏ BAX: İstehsalı 6,8 dəfə, ixracı 9,2 faiz artıb

O, bildirib ki, eləcə də növbəti illərdə RPQ 7V-2 tipli qumbaraatan üçün müxtəlif növ atəş yığımlarının, müxtəlif çaplı izburaxan patronların, pulemyot və toplar üçün Iülələrin, 2A-42 (AT-30) tipli avtomatik topun və s. məmulatların seriyalı istehsalı nəzərdə tutulur: “Bütün bu görülmüş işlər onu deməyə əsas verir ki, Azərbaycanın artıq güclü hərbi sənayesi formalaşıb və respublikamızın Silahlı Qüvvələrini müasir silah və texnikalarla təmin etmək iqtidarındadır. Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə ən yüksək qiymət hər zaman ölkəmizin rəhbəri tərəfindən verilib. Bu ilin iyununda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin söylədiyi “Ordumuz ən müasir silahIarla, texnika ilə təchiz edilmişdir. O cümlədən Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bizim təşəbbüsümüzlə son illər ərzində 20-dən çox hərbi zavod yaradılmışdır. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, biz artıq hərbi məhsullarımızı ixrac etməyə də başlamışıq” sözləri Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən nazirliyin fəaliyyətinə verilən ən yüksək dəyər kimi qiymətləndirildi”.

 

Digər xəbərlər

Banner