Finlandiyanın Savonlinna şəhərindən olan “Olaf Brewing” pivə zavodu ölkənin Şimali Atlantika Alyansına qoşulmasına həsr olunmuş pivə istehsal etməyə başlayıb. Yeni içki “Otan” adlandırılıb. Bu, söz oyunudur: bir tərəfdən fin dilindən “pivə içəcəyəm” kimi tərcümə olunur, digər tərəfdən isə OTAN – NATO-nun anoqramı və fransız dilində Şimali Atlantika Müqaviləsi abreviaturasıdır.
Eləcə də bax: “Finlandiya və İsveçin NATO-ya qoşulması Rusiya üçün təhdid yaratmır”
FED.az Banker.az-a istinadən xəbər verir ki, pivənin mavi etiketində NATO emblemi ilə bəzədilmiş zirehli personaj təsvir edilmişdir.
“Əvvəllər biz nədənsə siyasi mövzularda çıxış etməyə cəhd göstərmirdik. Halbuki indi Finlandiyada əhalinin əksəriyyəti ölkənin NATO-ya daxil olmasını dəstəkləyir. Ona görə də bu addımı atmağa qərar verdik”, – deyə
Pivə zavodu parlamentin pivə klubuna məhsul partiyası göndərmək niyyətindədir. O, həmçinin Müdafiə Qüvvələrinin Baş Qərargahına və ola bilsin ki, Prezident Aparatına da pivə verməyi planlaşdırır ki, pivə siyasətçilərə “bir az dincəlməyə” kömək etsin.