Azərbaycanda adı bankın müşahidə şurasında yer alan Famil Kərimov şərab istehsal edən şirkətə rəhbər təyin edilib.
Eləcə də bax: “PAŞA İnşaat”a uzun müddətdən sonra azərbaycanlı - RƏHBƏRLİK EDƏCƏK
FED.az Banker.az-a istinadən xəbər verir ki, o, “Gilan Holding” MMC-yə bağlı “Aqro-Azərinvest” MMC-nin baş icraçı direktoru təyin edilib.
O, yeni vəzifəsində İmdad Kərimovu əvəzləyib.
Famil Kərimov hazırda “Gilan Holding” MMC-nin İdarə Heyətinin üzvüdür. Həmçinin, “AFB Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.
“Aqro-Azərinvest” şirkəti 2004-cü ildə Azərbaycanın Qəbələ rayonunda təsis edilmişdir. Onun məqsədi şərab istesalıdır. Hazırda 7677 manat nizamnamə kapitalı var.