İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Hacıqabul Sənaye Məhəlləsində olan avtomobillər üçün əyləc bəndləri zavodu bu ilin payız aylarında tam gücü ilə fəaliyyətə başlayacaq.
Azərbaycanda yeni avtomobil zavodu - İŞƏ DÜŞƏCƏK
FED.az xəbər verir ki, bunu Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC-nin direktoru Mehman Ağayev deyib.
Onun sözlərinə görə, zavodun illik istehsal gücü 240 min dəstdir. Hazırda istehsal gücünün təxminən 30 faizi qədər məhsul istehsal olunur. Yaxın vaxtlarda ikinci növbənin işə başlaması ilə bu göstəricinin 40-45 faizə çatdırılması planlaşdırılır. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalına)