Ələt Azad İqtisadi Zonasında yağış sularının toplanması üçün xüsusi rezervuarlar hazırlanıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakı şəhərinin Baş Planına uyğun olaraq, hökumətin qarşıya qoyduğu layihələrdən biri də yağış sularının toplanması və təkrar istifadəsi ilə bağlıdır: “Bu istiqamətdə Ələt Azad İqtisadi Zonasında dövlət tərəfindən müəyyən işlər aparılıb. Prosesin ilkin mərhələsinə artıq başlanılıb. Qalan mərhələlər isə böyük infrastruktur işlərini əhatə edir. Bu sahədə işlər davam etdirilir". (Report)