Ələt Azad İqtisadi Zonası (AFEZA) İslam İnkişaf Bankı Qrupunun (IIB) Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Anlaşma Memorandumu imzalayıb.
Eləcə də bax: Ələt Azad İqtisadi Zonasında vergi yeni qaydada - TƏNZİMLƏNƏCƏK
FED.az bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, sənədə AFEZA-nın Direktorlar Şurasının sədri Valeh Ələsgərov və ICD-nin baş direktoru Ayman Amin Sejiny imza atıb. Anlaşma Memorandumu Ələtdə qeydiyyatdan keçəcək şirkətlər üçün şaxələndirilmiş maliyyə mənbələrinin təmin edilməsi imkanlarını araşdırmaq məqsədi daşıyır. Bundan başqa, hər iki tərəf AFEZA-nın ICD üzvü olan ölkələrdə təşviqi üçün birgə fəaliyyət imkanlarını araşdıracaq. (Report)