Dünyanın ən böyük suveren fondu sayılan Norveçin 1 trilyon dollarlıq Pensiya Fondu 2018-ci ildə Türkiyə şirkətlərinin səhmlərinə 707 milyon dollar yatırıb.
FED.az Anadolu Agentliyinə istinadən bildirir ki, ötən il fond Türkiyənin müxtəlif sahələrdə fəaliyyət göstərən 58 şirkətinin səhmlərini alıb.
Norveç Neft Fondunun yatırımlarının bir hissəsi Türkiyədəki enerji şirkətlərinin səhmlərinə yatarılıb. Bunlar «Aygaz AŞ», «Kardemir Karabük Demir Çelik Sanayi ve Ticaret AŞ», «Tüpraş Türkiye Petrol Rafinerileri AŞ», «Petkim Petrokimya Holding AŞ», «Ereğli Demir ve Çelik Fabrikaları», «Ulusoy Elektrik İmalat Taahhüt ve Ticaret AŞ», «Aksa Enerji Üretim AŞ» və «Enerjisa Enerji AŞ» şirkətləridir. Ümumilikdə Noveç Fondu Türkiyədəki 8 enerji şirkətinin səhmlərinə 111 milyon dollar yatırıb.
Bunların arasında ən böyük yatırım – 63,6 milyon dollar «Tüpraş Türkiye PetrolRafinerileri AŞ»yə edilib.
Eləcə də bax: Qəzalar və qadağalar «Boeing»in səhmlərini - KƏSKİN UCUZLAŞDIRDI
Ən böyük yatırım "Garanti Bankası"na edilib
Ümumilikdə isə Norveç Neft Fondunun Türkiyədəki yatırımlarından ən böyük payı «Türkiye Garanti Bankası AŞ» alıb. «Garanti Bankası»nın 1,28%-ə sahib olan fondun həmin bankdakı ümumi yatırımı 80 milyon 728 min dollar olub.
Bundan başqa, «Akbank»a 74 milyon dollar, «BİM Birleşik Mağazalar AŞ»ə 55 milyon dollar, «Türk Hava Yolları AO»a isə 42 milyon dollar yatırım edilib.
Fondun Türkiyəd ən böyük səhm payına malik olduğu şirkət isə «Doğtaş Kelebek Mobilya Sanayi ve Ticaret AŞ»-dir. Norveç Fondu bu şirkətə 2 milyon dollar yatıraraq onun səhmlərinin 4%-ə sahib olub.
Türkiyədə 2001-dən indiyədək kiçik yatırımlar edən Norveç Neft Fondu, 2008-dən bu yana Türkiyə şirkətlərinə daha ciddi yatırımlar edir.
Fondun vəsaitləri trilyon dollara çatıb
Norveçin Dövlət Neft Fondu 1990-cı ildən etibarən ölkənin neft və təbii qaz istehsalının gəliriylə xarici ölkələrin səhmləri, əmlak bazarlarına yatırım edir. Fondun strategiyasına görə, yatırımların 60 faizi səhmlərə, 35 faizi qiymətl metallara, 5 faizi isə daşınmaz əmlaka yatırılırdı. Ancaq 2017-də Norveç höküməti səhmlərə edilən yatırımın payını 70%-ə qaldırıb.
Norveç höküməti, fond gəlirlərinin 4 faizindən istifadə edə bilir, qalan 96 faizlik hissə isəyığılıb saxlanılır. Beləcə Fond Norveçdən kənarda 70-dən çox ölkədə 9 minə yaxınşirkətə yatırım edib.
Fond Türkiyədə
Əczaçılıq sənayesi, bank, qida, rabitə xidmətləri və nəqliyyatsektorlarında fəaliyyət göstərən böyük şirkətlərin səhmləri ilə də maraqlanır. 2017-ci ilinsentyabrın 19-da fondun vəsaitləri rekord həddə çataraq 1 trilyn dolları keçib. Keçən ilNeft Fondu tərəfindən dünya bazarında ən böyük yatırımlar isə Microsoft, Apple vəAmazon şirkətlərinə edilib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.