Stokholm Beynəlxalq Dünya Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) bazar ertəsi dərc etdiyi hesabata görə, əvvəlki illə müqayisədə, 2021-ci ildə ilk 100-lüyə daxil olan silah şirkətlərinin satışının həcmi 1,9% artaraq 592 milyard dollar təşkil edib.
Ermənistan Hindistandan 150 milyon dollarlıq - SİLAH ALIR
2020-2021-ci illərdə silah ticarəti artım nümayiş etdirsə də, onun dinamikası 3,7% səviyyəsində olan pandemiyadan əvvəlki səviyyədən aşağıdır. COVID-19 pandemiyası qlobal təchizat zəncirlərinə ciddi mənfi təsir göstərib.
Amerika şirkətləri əvvəlki kimi reytinqə başçılıq edir. İlk 100-lükdə 40 ABŞ şirkəti var və onların ümumi satışları 299 milyard dollar təşkil edib.İlk yüzlüyün beş lideri də ABŞ-dan olan şirkətlərdən ibarətdir. (Marja)