Qlobal bazarda brilyant zərgərlik məmulatlarına son tələbat COVID-dən əvvəlki göstəriciləri üstələyərək rekorda çatıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə RİA "Novosti"yə dünyanın ən böyük almaz istehsalçısı olan "Alrosa" şirkətinin mətbuat xidmətindən bildirilib.
Eləcə də bax: Yeni ştammın yayılması fonunda brilyant - 10%-DƏK BAHALAŞIB
"İstehlakçıların brilyant zinət əşyalarına olan fəal marağı fonunda brilyantlara tələb təklifi üstələyir. Dünyada brilyant zinət əşyalarına son tələbat ötən il rekord səviyyəyə qalxaraq, COVID-dən əvvəlki səviyyələri əhəmiyyətli dərəcədə üstələyib", - şirkətin mətbuat xidməti bildirib.
Tələb olduqca məhdud təklif fonunda artır. Yeni böyük layihələr olmadıqda, növbəti illərdə qlobal istehsal 2019-cu ilədək olan 140-150 mln. karatla müqayisədə ildə 110-120 mln. karat aralığında qalacaq. Böhran zamanı yığılan bütün ehtiyatlar 2021-ci ilin ortalarına qədər satılıb.