İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi məqsədilə Nazirlikdə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.
"Azərbaycan Sənaye Korporasiyası” İtaliyadan yeni investisiyalar cəlb edə bilər - FOTOLAR
FED.az xəbər verir ki, iclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin müəssisə və obyektlərinin özəlləşdirilməsi istiqamətində görülən işlərlə bağlı müzakirə aparılıb, “Azəripək” MMC-nin özəlləşdirilmə imkanları, istehsal olunan məhsullar barədə məlumat verilib. İclasda özəlləşdirmə prosesinə bu sahədə təcrübəyə malik investorların cəlb edilməsinin vacibliyi qeyd olunub.
Özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.