“AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində qiymətli metalların əldə edilməsi üçün aparılan adsorbsiya, desorbsiya və emal prosesi zamanı ayrılmış və təkrar istifadəsi mümkün olmayan, lakin tərkibində qızıl/gümüş metalları qalan 28 ton (nəmlik dərəcəsi çıxılmamış) aktiv karbonun satışı nəzərdə tutulur.
FED.az xəbər verir ki, aktiv karbon alıcıya beynəlxalq standartlara uyğun, qablaşdırılmış şəkildə təklif olunur.
Alıcıya təklif olunan aktiv karbonla bağlı ətraflı məlumat
(Beynəlxalq akreditasiyadan keçmiş şirkətin apardığı analizin nəticələri)
Aktiv karbonun kütləsi – 28 ton
İlkin nəmlik dərəcəsi – 27.18 %
Nəmlik dərəcəsi çıxıldıqdan sonra qalıq karbon çəkisi – 20.39 ton
Tərkibində olan Au (1 ton üçün) – 332.34 qr/ton
Tərkibində olan Ag (1 ton üçün) – 258.6 qr/ton
Əlaqələndirici şəxs : Vəli Alməmmədov
Tel: +994 12 505 0202 (ext.1812), Mob: +994 (50) 666 40 55,
e-mail: [email protected]