Azərbaycan Dövlət Neft Fondunun(ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı məlum olub. FED.az xəbər verir ki, ARDNF ötən illə müqayisədə bu il Şimali Amerikaya etdiyi investisiyaları artırıb.Ötən ilin 9 ayında Amerikaya portfelinin 23,62%-ni investisiya edən fond bu il bu göstəricini 23,71%-ə çatdırıb.
Eləcə də bax:Neft Fondu bəzi ölkələrə - İNVESTİSİYANI AZALDIB - SİYAHI
Cədvəldən də göründüyü kimi ARDNF 6 kontingentdən 5-də investisiyalarını azaldıb.
Fondun regionlar üzrə investisiya göstəricisi
Şimali Amerika bu il - 23,71% ötən il – 23,62% (artıb)
Cənubi Amerika bu il – 0,05% ötən il – 0,06% (azalıb)
Avropa bu il - 35,45% ötən il – 38,43% (azalıb)
Yaxın Şərq bu il – 0,70% ötən il – 0,80% (azalıb)
Asiya, Sakit Okean bu il – 33,25% ötən il – 27,14% (artıb)
Avstraliya, Yeni Zelandiya bu il – 2,12% - ötən il - 2,74% (azalıb)