Dəmir filizi qiymətləri, Çinin çətin vəziyyətdəki əmlak sektorunu dəstəkləməyə dair addımlarının tələbi artırması ilə əlaqədar olaraq, 18 ayın ən aşağı səviyyəsindən başlayan güclü yüksəlişini davam etdirir.
Eləcə də bax: Dünya Bankı: Qaz və kömür ucuzlaşacaq - PROQNOZ
FED.az xəbər verir ki, dəmir filizi qiymətləri Sinqapurda, tələbin yaxşılaşmasının təsiri ilə yalnız altı həftə ərzində 50%-dən çox artıb.
Dəmir filizi qiymətləri Sinqapurda 4% də yüksələrək tonu 129,45 dollara çatıb. Bu, oktyabr ayının ortasından bu yana ən yüksək səviyyədir. (Marja)